Ukrayna böhranında yeni razılaşma ümidi

25.06.2015 07:33     Dünyadan reaksiya     2017

Ukraynanın şərqində gedən döyüşlərin dayandırılması səyləri konkret bir nəticə alınmadan davam edərkən, Kiyev rəhbərliyindən təktərəfli müstəqilliyini elan edən Donetsk Xalq Respublikası sözçüsü Denis Puşilin 100 mm kalibrli silahların cəbhə xətlərinin gerisinə çəkilməsini nəzərdə tutan yeni bir razılaşma imzalanmağın mümkünlüuyünü açıqlayıb.

Donetskdə jurnalistlərin suallarını cavablayan Puşilin lazımi bütün sənədləri hazırladıqlarını bildirib: “Geriyə ancaq bir-iki texniki detalın tamamlanması qalıb. Buna görə də yeni müqaviləni bu həftənin sonuna kimi imzlayacağımıza inanıram”.

100 mm kalibrin altındakı silahların geri çəkilməsinin sənəd üzərində dəqiqləşməsinin əhəmiyyətini də vurğulayan Puşilin qeyd edib ki, beləcə hər hansı bir pozuntu olması halında bunu raporlayabileceğiz '' deyə danışdı.

Ukraynalı tərəflərin fevralda imzaladığı və 'Minsk-2' kimi da yad edilən atəşkəs müqaviləsi təkcə 100 mm kalibrin yuxarısında olan silahların cəbhədən kənarlaşdırılmasını nəzərdə tuturdu.

Digər tərəfdən yeni müqavilə imzalanacağı təqdirdə fevral ayından etibarən davam edən diplomatik həll variantlarında “ən əhəmiyyətli nəticə” olacağı ifadə edilir.

Şərhlər

Çox oxunanlar