Ankara və Moskva: Yaxın Şərqdə dialoqa davam
25.06.2015 09:54 Dünyadan reaksiya 2331
Kremlin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov və Türkiyə xarici işlər mazirliyinin müşaviri Feridun Sinirlioğlu Ankarada Yaxın Şərq gündəmlə bir görüş keçiriblər.
Rusiya Xarici işlər nazirliyindən verilən açıqlamaya görə Suriya, İraq, Liviya və Yəməndə yaşanan hadisələrin müzakirə edildiyi ikitərəfli görüşdə Yaxın Şərqdəki proseslər məsələsində siyasi dialoqun mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulanıb.
Açıqlamada Yaxın Şərqdəki münaqişələrin siyasi həll variantlarının, humanitar dəstəyin və terrorla mübarizə çərçivəsində ələ alındığı ifadə edilərkən görüşün detalları ilə heç bir məlumat verilməyib.
Suriyalı müxaliflərlə də görüş keçirilib
Digər tərəfdən Boqdanovun Ankarada Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası liderləri ilə də görüşdüyünü ifadə edilib. Moskvadan verilən açıqlamaya görə, görüşdə Rusiya tərəfi Suriya rəhbərliyi və müxalifəti arasında dialoq prosesinin Cenevrə razılığı çərçivəsində yenidən başladılması və ölkədəki böhranın bir an əvvəl həllinin vacibliyini vurğulayıb.
Şərhlər