İran: Türkiyə regionda sülhün təmin olunması məqsədi ilə daha aktiv rol oynaya bilər

27.05.2015 17:10     Dünyadan reaksiya     607

İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, Orta şərqdəki siyasi krizislərin həll olunmasında Türkiyənin daha aktiv ola biləcəyini söyləyib.

 

Hüseyn Əmir Abdullahiyan, Moskvada keçirdiyi mətbuat konfransında, “Moskva və Tehranın, başda Yəmən və Suriya olmaqla, Yaxın Şərqdəki qarşıdurmaların həllində konstruktiv işbirliklərini davam etməklə bağlı qərarlı olduqlarını bildirib.

Jurnalistin Yaxın Şərqdəki problemlərin həllində Türkiyənin rolu ilə bağlı sualını da cavablandıran Abdullahiyan məsələyə belə münasibət bildirib:

"Əvvəlcə Tehran və Ankara arasındakı əlaqələrin strateji olduğunu qeyd etmək istəyirəm. Tehran və Ankara arasında, Suriya məsələsində fərqli baxışlar mövcuddur. Ancaq, Suriya məsələsindəki fikir ayrılıqlarının iki ölkə arasındakı strateji əlaqələrə təsir etməsinə icazə vermədik. Əlbəttə, Türkiyə bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynaya bilər. Görüş ayrılıqlarına baxmayaraq, Suriya məsələsində İran və Türkiyəni bir razılaşmağa getdiyi günün çox uzaq olmadığına inanırıq. Çünki, hər iki tərəf, Suriyanın gələcəyi ilə bağlı qərarın ölkə xalqı tərəfindən verilməli olduğuna inanır. Biz terroristlərin və Suriyanı xaosa sürükləmək istəyən qrupların varlığına qarşı çıxırıq və hərəkətlərinin məsuliyyətini daşıya bilən strukturlara dəstək vermək istəyirik. Bu çərçivədə, İran İslam Respublikasının Suriyanı dəstəkləyərək, bu ölkənin yeni bir Liviya olmasına icazə vermədiyini növbəti dəfə qeyd etmək istəyirəm".

Şərhlər

Çox oxunanlar