Prezident 5-ci dəfə baba oldu

11.12.2015 14:56     Dünyadan reaksiya     2036

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, Dünyaya gələn körpə R.T.Ərdoğanın qızı Esranın 3-cü övladıdır.

Esra-Berat Albayrak cütlüyünün Ahmet Akif və Mahinur adlı iki övladları var. Cütlüyün üçüncü övladı oğlandır.

Berat Albayrak Türkiyənin energetika və təbii ehtiyatlar naziridir.

R.T.Ərdoğanın oğlu Bilal və xanımı Reyyanın isə Ömər Tayyib (9 yaşında) və Ali Tahir (2 yaşında) adlarında iki oğulları var.

Məlumata görə, nəvəsi dünyaya gələn Türkiyə prezidenti bəzi rəsmi proqramlarını təxirə salıb. 

Şərhlər

Çox oxunanlar