"Təhlükə törədən qüvvələr dərhal məhv edilməlidir" - Putin

11.12.2015 15:15     Dünyadan reaksiya     1691

Rusiya prezidenti Vladimir Putin Suriyada rusiyalı hərbçilərə təhlükə törədən qüvvələri məhv etməyə göstəriş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə NazirliyiKollegiyasının iclasında çıxış edən V. Putin Suriyada sərt addımlar atmağı tapşırıb.

“Rusiyanın hərbi qruplaşmasına yaxud yerüstü infrastrukturumuz üçün təhlükə olan istənilən hədəflər dərhal məhv edilməlidir”, - deyə o vurğulayıb.

V.Putin Suriyada rusiyalı hərbçilərə qarşı təxribatlar planlaşdıranlara xəbərdarlıq edib. “Artıq biz tərəfdən əlavə təhlükəsizlik tədbirləri görülüb. Aviabazamız yeni təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə möhkəmləndirilib”.

 

Şərhlər

Çox oxunanlar