Bu ölkədə qadınlar ilk dəfə səs verir

12.12.2015 09:35     Dünyadan reaksiya     1915

Bu gün Səudiyyə Ərəbstanında keçirilən bələdiyyə seçkilərində ilk dəfə olaraq qadınlar səsverə biləcək.

Reaksiya.az xəbər verir ki, Səudiyyə Krallığında qadınlar bələdiyyə başçıları da seçilə biləcək.

Ümumilikdə 5938 kişi namizədlə müqayisədə 978 qadın bələdiyyə seçkiləri üçün namizədliyini irəli sürüb.

Habelə seçki kampaniyası ərəfəsində qadın namizədlər kişilərlə müqayisədə bir sıra məhdudiyyətlərlə üzləşiblər. Onlar seçki platformaları barədə seçicilərə yalnız pərdə arxasından və ya kişi nümayəndələri vasitəsilə çıxışlar edə bilərlər.

Seçkidə səsverə bilmək üçün 130 minə yaxın qadın qeydiyyatdan keçib. Qadınların səsvermə hüququndan savayı, bugünki seçkilər Səudiyə Ərəbstanı tarixində keçirilən 3-cü səsvermədir. Son 40 il ərzində Krallığda heç bir seçki keçirilməyib.

 

Şərhlər

Çox oxunanlar