Ağır yol qəzası - 11 ölü, 4 yaralı - VİDEO

12.12.2015 12:55     Dünyadan reaksiya     2551

Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

 

Şərhlər

Çox oxunanlar