Əsgər anaları İrəvan mitinqlərinə qoşuldu - Canlı izlə! - VİDEO
25.06.2015 14:12 Dünyadan reaksiya 1747
Erməni polisi “Talana yox” oturaq aksiyasına qoşulmaq istəyən əsgər analarına mane olur.
ANS PRESS-in məlumatına görə, əsasən atəşkəs dövründə Qarabağda həlak olmuş erməni əsgərlərin analarının təmsil olduğu ictimai birlik üzvləri Baqramyan prospektinə keçərək prezident iqamətgahının və parlamentin önündə piket keçirmək istəyirlər.
Günorta saatlarına baxmayaraq “Talana yox” oturaq aksiyasına qoşulanların sayı artmaqdadır.
İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısında keçirilmişdi. Dünən səhər saatlarında erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.
Ermənistanın bir sıra keçmiş və indiki deputatları, şou-biznes təmsilçiləri İrəvanın Baqramyan prospektində polis və nümayişçilər arasında canlı ət divarı çəkiblər. Onlar 2008-ci ilin mart ayının 1-də olduğu kimi polisin dinc nümayişçilərə güllə atmasından qorxurlar. Serj Sarkisyanın seçki saxtakarlığı ilə hakimiyyətə gəldiyi həmin günlərdə 8 dinc nümayişçi həlak olmuşdu.
Aksiya iştirakçıları bu gecəni də Baqramyan prospektində keçiriblər.
Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.
Şərhlər