Almaniyadan Macarıstana 'immiqrant' reaksiyası

25.06.2015 10:28     Dünyadan reaksiya     2561

Macarıstanın qərbdən geri qaytarılan immiqrantları qəbul etməyəcəyini açıqlamasından sonra Almaniya federal hökuməti Berlində Macarıstan səfirini görüşə çağırıb.

 

Macarıstanın geri qaytarılan immiqrantları qəbul etməyəcəyini açıqlamasından sonra Almaniya federal hökuməti Berlində Macarıstan səfirini görüşə çağırıb. Almaniya federal hökuməti sərt reaksiya göstərərək, məsələni Macarıstanın Berlindəki səfiri ilə görüşüb. Səfir həm Federal Xarici İşlər Nazirliyində, həm də Federal Daxili İşlər Nazirliyində açıqlama ilə bağlı məlumat vermək məcburiyyətində qalıb.

Almaniya xarici işlər nazirliyinin sözçüsü Martin Schaefer Macarıstan hökumətinin tək tərəfli bir qərar aldığını, bu qərarın AB qaydalarına tərs düşdüyünü söyləyib. Aİ üzvü ölkələr arasında səfir çağırma tətbiqi çox nadir görüldüyündən, Almaniyanın bu reaksiyası diqqət çəkib.

Macarıstan tərəfindən çərşənbə axşamı günü verilən açıqlamada Qərbi Avropadan geri qaytarılan qaçqınları qəbul edəcək gücləri olmadığı bildirilmişdi. Ancaq ertəsi gün verilən yeni bir açıqlamada bu məsələdə israrçı olmadıqları qeyd olunub, mühit yatışdırılmağa çalışılıb.

Berlin Sərbəst Universiteti Avropa Uyğunlaşma Tədqiqatları bölmənin sədr müavini Sabine von Oppeln, digər Aİ ölkələrini qəzəbləndirən ilk açıqlamadan sonra Avstriya və Almaniyanın sərt reaksiyasından sonra Macarıstanın onları sakitləşdirməyə çalışdığını söyləyib.

Siyasət mütəxəssisi Von Oppeln Macarıstanın qaçqın siyasətində ancaq milli maraqlarını önə çıxaran tək bir üzv ölkə olmadığını, bəzi Şərqi Avropa ölkələriylə birlikdə İngiltərə və Fransanın da bənzər bir mövqe nümayiş etdirdiklərini ifadə edib.

Aİ-nin Dublin müqaviləsinə görə immiqrantlar hansı ölkəyə ilk dəfə gəliblərsə o ölkəyə mühacirət üçün müraciəti etmək məcburiyyətindədirlər. Ancaq buna görə İtaliya və Yunanıstanda böyük cəmləşmələr olduğundan, immiqrantların Aİ ölkələri arasında paylaşılması planlaşdırılır.

Şərhlər

Çox oxunanlar