Suriyada daha bir iranlı general öldürülüb
14.12.2015 00:17 Dünyadan reaksiya 1771
İranın İslam İnqilabi Keşikçiləri Korpusunun daha bir generalı Suriyada öldürülüb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Fatamiyun” briqadasının komandirlərindən olan general Hüseyn Fədai Suriyada “Zülfüqar” psevdoadı altında xidmət edirmiş.
Qeyd edək ki, bu ilin oktyabrında Suriyada ən azı üç iranlı generalın öldürüldüyü barədə məlumat yayılmışdı. Bunlar Hüseyn Həmədani, Fərşada Hasunizadə və Həmid Muxtarbəndədir.
İranlı hərbçilər müxalifət və İŞİD-lə mübarizədə Əsəd ordusuna yardım göstərirlər.
İran Suriya prezidentini dəstəkləyən əsas müttəfiqlərdən biridir. Lakin Tehran Suriyada hərbi əməliyyatlarda iştirakını inkar edir.
Şərhlər