Argentinada dəhşətli qəza - 41 ölü

14.12.2015 17:38     Dünyadan reaksiya     1829

Argentinanın şimal-qərbində yerləşən Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində azı 41 nəfər ölüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.

Məlumata görə, onlarla hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.

Digər iki avtobusda olan hərbçilər xilasetmə əməliyyatlarında iştirak ediblər.

Yerli jurnalistlərdən birinin sözlərinə görə, avtobusun yarğana yuvarlanmasına texniki nasazlıq səbəb olub.

Şərhlər

Çox oxunanlar