“Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq” - Davudoğlu

14.12.2015 17:41     Dünyadan reaksiya     1924

“Türkiyə hərbçiləri İraqa hərbi əməliyyatlarda iştirak üçün deyil, yerli qüvvələrə təlim keçmək məqsədilə göndərilib”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu “A Haber”ə müsahibəsində bildirib.

Ə. Davudoğlu qeyd edib ki, Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq: “Biz Başika düşərgəsinə hücumun qarşısını almaq üçün lazımi tədbirlər görmüşük. Türk hərbçiləri orada qalacaqlar. Düşərgənin gücləndirilməsi məqsədilə ora əlavə qüvvələr göndərmişik. Hərbçilərimizin orada mövcudluğunun qanuni olub-olmaması isə müzakirə olunmur”, - deyə o vurğulayıb.

Xatırladaq ki, İraq hökuməti Türkiyə hərbçilərinin ölkə ərazisindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. 

 

Şərhlər

Çox oxunanlar