"Azad Suriya ordusu"nu silahla təchiz etmirik”

15.12.2015 02:10     Dünyadan reaksiya     1619

“Rusiya "Azad Suriya ordusu"nu silahla təchiz etmir”. 

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında "Azad Suriya ordusu"nun hökumət qüvvələri ilə birgə İŞİD-in mövqelərinə hücuma keçdiyini bəyan edib. 

Öz növbəsində "Azad Suriya ordusu"nun nümayəndələri Rusiya tərəfindən hər hansı yardımın edilmədiyini açıqlayıblar. 

Şərhlər

Çox oxunanlar