“Kubaya səfər etməyə hazıram” - Obama

15.12.2015 02:48     Dünyadan reaksiya     1645

ABŞ prezidenti Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan edib.

Reaksiya.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Obama Yahoo portalına müsahibəsində bildirib.

Bununla belə ABŞ prezidenti şərt qoyub: “Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram”.

Qeyd olunur ki, səfərlə bağlı yekun qərar yaxın bir neçə ay ərzində veriləcək. 

 
 

 

Şərhlər

Çox oxunanlar