Davudoğlu ABŞ vitse-prezidenti ilə nə danışdı?
15.12.2015 04:31 Dünyadan reaksiya 1629
Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.
Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər İŞİD qruplaşmasına qarşı mübarizədə əməkdaşlıq,İraq rəsmiləri ilə son dövrlərdə baş tutan danışıqlar barədə müzakirə aparıb. Davudoğlu və Bayden yaxın günlərdə hadisələrin inkişafından asılı olaraq yenidən müzakirələr aparılması barədə razılığa gəliblər.
Şərhlər