İki BMT əməkdaşı öldürülüb - Somalidə

15.12.2015 04:50     Dünyadan reaksiya     1499

Somalinin paytaxtı Moqadişoda silahlıların hücumu nəticəsində BMT-nin qadın əməkdaşı öldürülüb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə BMT baş katibinin nümayəndəsi Farhan Haq bildirib.

Onun sözlərinə görə, BMT əməkdaşının avtomobili naməlum silahlılar tərəfindən gülləboran edilib. Cinayətkarlar hadisə yerindən qaçıblar.

Bundan əvvəl isə Somalidə dəniz kənarında BMT strukturunda işləyən mühafizəçinin meyiti tapılıb. Hadisələrin bir-biri ilə bağlılığı yoxlanılır. 

Şərhlər

Çox oxunanlar