"Kerri Moskvada Rusiya-Türkiyə münasibətlərini müzakirə edəcək"
15.12.2015 05:53 Dünyadan reaksiya 1558
ABŞ-ın cövlət katibi Con Kerri Rusiya-Türkiyə münasibətlərindəki vəziyyəti Moskvaya səfəri çərçivəsində müzakirə edəcək.
Reaksiya.azın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Bu məsələdə müsbət tendensiyalar mövcuddur”, deyə C.Ernest vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Con Kerri dekabrın 15-də Moskvada Rusiya XİN rəhbəri S.Lavrov və prezident V.Putinlə görüşəcək.
Şərhlər