Terrorizmə qarşı İslam koalisiyası yaradılıb

15.12.2015 06:22     Dünyadan reaksiya     1745

Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

Reaksiya.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “ArabiaTV” telekanalı xəbər verib.

Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.

Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək.

"Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq", -  deyə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman bildirib. 

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya 65 ölkə daxildir. 

Şərhlər

Çox oxunanlar