Yaponiyada güclü zəlzələ baş verib

15.12.2015 06:47     Dünyadan reaksiya     1624

Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Reaksiya.az-ın NTV-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İvodzima adasından 117 km aralıda, ocağı 58 km dərinlikdə yerləşir.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Qeyd edək ki, İvodzima adasında Yaponiyaya məxsus hərbi təyyarə bazası fəaliyyət göstərir.

Şərhlər

Çox oxunanlar