Yəməndə atəşkəs elan olunub

15.12.2015 07:15     Dünyadan reaksiya     1820

Dekabrın 15-dən Yəməndə yeddi günlük atəşkəs başlayacaq.

Reaksiya.az-ın reporta istinadən verdiyi məlumata görə, bu barədə Yəməndə hərbi əməliyyat həyata keçirən ərəb ölkələri koalisiyası bildirib.

Bununla belə, koalisiya komandanlığı üsyançılar tərəfindən atəşkəsin pozulmasını cavabsız qoymayacağını bildirib.

Gözlənilir ki, atəşkəs rejimi Yəmən münaqişənin siyasi yolla nizamlanması üçün nəzərdə tutulan danışıqları mümkün edəcək. Ötən həftə Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi Ərəb koalisiyasına dekabrın 15-dən 7 günlük sülh elan etməyi təklif etmişdi.

Yəməndə atəşkəs rejimi ilk dəfə may ayında tətbiq edilmişdi. Xatırladaq ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Şərhlər

Çox oxunanlar