BMT: 3.2 milyard dollara ehtiyac var
15.12.2015 07:52 Dünyadan reaksiya 1569
"Təkcə 2016-cı ildə Suriyaya humanitar yardımın təşkili üçün 3.2 milyard dollar vəsait toplanmalıdır. Çünkü 13.5 milyon suriyalı kömək gözləyir".
Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen deyib.
O, qeyd edib ki, hazırda 6.5 milyon Suriya sakini evlərini tərk edərək ölkə daxilində müxtəlif regionlara köçüb.
"Əhalinin 72% içməli su ilə bağlı problem yaşayır. İki milyon uşaq məktəbə gedmir", - deyən Stiven O`Brayen, fevralın 4-də Londonda keçiriləcək Beynəlxalq Suriya Konfransı çərçivəsində donor dövlətlərdən və təşkilatlardan ciddi dəstək gözlədiklərini vurğulayıb.
Şərhlər