Lavrov və Kerri arasında görüş keçirilir - Moskvada

15.12.2015 11:29     Dünyadan reaksiya     1948

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə arasında görüş başlayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in binasında keçirilən görüşdə Suriya böhranı, İŞİD terrorçu təşkilatına qarşı mübarizə, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik, Ukrayna böhranı ilə bağlı Minsk razılaşmasının şərtlərinin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq.

Görüşün yalnız protokol hissəsinin mətbuat tərəfindən işıqlandırılmasına icazə verilib. Sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilib. 

Görüşdən sonra C. Kerri prezident Vladimir Putin tərəfindən qəbul olunacaq. 

 

Şərhlər