Qazaxıstandan Snowdenə mükafat
25.06.2015 12:04 Dünyadan reaksiya 2078
Qazaxıstan Jurnalistlər Birliyi, FTB –yə aid məlumatları sızdıran Edward Snowdenə "araşdırmaçı jurnalist" mükafatı verib
Qazaxıstan Jurnalistlər Birliyi, FTB – nin keçmiş işçilərindən, təşkilata aid sənədləri mətbuata ötürdüyünə görə qaçıb Rusiyaya sığınan Edward Snowdenə mükafat verib.
Snowden gizli məlumatları açıqladığəına görə "araşdırmaçı jurnalistika" nominasiyasında bu mükafata namizəd göstərilmişdi. Birlik, Snowdeni ən yaxşı "araşdırmaçı jurnalist" mükafatına layiq görüb.
Xatırladaq ki, Edward Snowden 2013-ci ildə ABŞ və İngiltərə kəşfiyyat xidmətlərinin dünyanın müxtəlif dövlətlərindəki siyasətçiləri təqib altına aldığını ifşa edən gizli sənədləri “Washington Post” və “The Guardian” qəzetlərinə vermişdi. Bu məlumatların nəşrindən sonar Snowden həbs olunacağını bildiyindən Rusiyaya gələrək bu ölkədə əvvəl bir illik, daha sonar isə yaşamaq üçün icazə almışdı.
Qazaxıstan Jurnalistlər Birliyi keçən il eyni mükafatı “Wikileaks”in qurucusu Julian Assanca vermişdi.
Şərhlər