Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başladı

15.12.2015 15:43     Dünyadan reaksiya     1807

Rusiyanın "An-30B" tipli təyyarəsi Türkiyənin hava sahəsində müşahidə uçuşu aparmağa başlayıb.

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Atom Riskini Azaltma Mərkəzinin sədri Sergey Rıjkov bildirib.

Onun sözlərinə görə, kəşfiyyat uçuşları dekabrın 18-dək davam edəcək. Mərkəz rəhbəri qeyd edib ki, təyyarə Türkiyənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəklikdə uçacaq: "Bu uçuş Türkiyə tərəfinin müəyyən etdiyi marşrut istiqamətində həyata keçiriləcək. Bu uçuşlarda Türkiyənin uyğun qurumlarının rəsmiləri də işitrak edəcək".

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. 

Şərhlər

Çox oxunanlar