Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır
25.06.2015 15:15 Dünyadan reaksiya 1700
Rusiyanın Mərkəzi Hərbi Dairəsinin motoatıcı briqadasının hərbi qulluqçularının döyüş hazırlığının yoxlanılması məqsədilə hərbi həyəcan siqnalı verilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Hərbi Dairənin mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, yoxlamaya Samarada yerləşdirilmiş motoatıcı briqadanın 2,5 min əsgər və zabiti, 1,4 min hərbi texnika və ağır silah cəlb edilib. Motoatıcılar silahlardan nəzarət atışları yerinə yetirəcək və hərbi maşınların idarəedilməsi üzrə normativlər verirlər.
Bundan əvvəl, may ayının sonlarında Mərkəzi Hərbi Dairənin Hava Hücumundan Müdafiə qoşunlarının döyüş hazırlığı da yoxlanılıb. Bura 12 min hərbçi, təqribən 250 təyyarə və vertolyot, 689 başqa hərbi texnika cəlb edilmişdi. Təlimlər çərçivəsində uzaqməsafədə uça bilən hərbi təyyarələrdən Rusiyanın şimal-qərbində, Komi Respublikasının "Pemboy" poliqonunda şərti rəqibin yerüstü hədəflərinə qanadlı raketlərlə zərbələr endirilib.
NATO-nun Baş katibi Yens Stoltenberq bu təlimlərlə bağlı bildirib ki, Rusiyanın böyük həcmdə hərbi yoxlamalar keçirməsi sabitliyin qorunmasına imkan yaratmır.
Şərhlər