Los Ancelesdə partlayış təhlükəsi təsdiqlənməyib

16.12.2015 06:04     Dünyadan reaksiya     1694

Los Ancelesdə 1000-dək məktəbin bağlanmasına səbəb olmuş partlayış təhlükəsi təsdiqlənməyib. Reaksiya.az-ın məlumatına görə, bu barədə “Reuters” yerli məmurlara istinadən məlumat yayıb.

Bundan əvvəl Los Ancelesdə partlayış təhlükəsi ilə əlaqədar 1000-dən çox məktəbin bağlandığı barədə məlumat verilmişdi.  

Məlumata görə, “Reuters”in məlumatına görə, partlayış təhdidi Almaniyaya məxsus elektron ünvandan (e-mail Frankfurtda qeydə alınıb) gəlib.     

Partlayış təhdidi Regional Şuranın üzvünə ünvanlanıb, məlumatın mənbəyi artıq müəyyən edilib. 

Şərhlər

Çox oxunanlar