Türkiyə 27 rus gəmisini saxladı
16.12.2015 11:07 Dünyadan reaksiya 1968
Türkiyə ilə Rusiya arasında hərbi təyyarənin vurulmasından sonra yaranmış gərginlik hər bir sahəyə təsir edib. Son zamanlar isə böhran Aralıq, Marmara, Egey və Qara dənizlərdə hərəkət edən gəmilərə də sıçrayıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, 24 noyabrdan sonra bir həftədə Rusiya Federasiyası tərəfindən 5 türk bayraqlı gəmini Qara dəniz memorandumu çərçivəsində aparılan yoxlamalardan sonra limanlarda saxlayıb.
Bundan sonra da gəmilərin saxlanması davam edib. Hazırda bu rəqəm 8-ə çatıb.
Mətbuatda yer alan məlumata görə, ilk olaraq Türkiyə Rusiyanın bu davranışını dayandırmağını gözləyib. Lakin gəmilərin saxlanması davam etdikdə Türkiyə buna qarşılıq verməyə başlayıb. Nəticədə Aralıq və Qara Dənizdə aparılan yoxlamalar nəticəsində çatışmazlıqları olan rus gəmiləri türk limanlarına gətirilib.
8 dekabra olan məlumata görə, türk limanlarında Rusiya bayraqlı 6 gəmi olub. Ötən günə olan məlumata görə isə gəmi sayı 27-yə çatıb.
Şərhlər