ABŞ müdafiə naziri gözlənilmədən İraqa səfər edib

16.12.2015 12:48     Dünyadan reaksiya     1899

ABŞ müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri Bağdadda amerikalı hərbçilərlə görüşəcək.

E. Karterin İŞİD-lə mübarizənin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəyi bildirilir.

“New York Times”ın yazdığına görə, səfər çərçivəsində E. Karter həmçinin İraq rəsmiləri ilə görüşlər keçirəcək. Həmin görüşlərdə ABŞ-laİraqın bölgədə İŞİD-ə qarşı mübarizə sahəsində əməkdaşlığının genişləndirilməsi imkanlar, o cümlədən Vaşinqtonun İraqa “Apachi” döyüş helikopterlərinin satılması təklifi müzakirə olunacaq.

Şərhlər

Çox oxunanlar