Fransanın “Boulevard Volter” jurnalı: “Qərbin təcrid siyasəti Putinə kömək edir”…

27.05.2015 17:16     Dünyadan reaksiya     683

Fransız “Boulevard Volter” jurnalında dərc olunan analizdə Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdikləri iqtisadi və siyasi sanksiyaların hədəflənən nəticələri verməməsi, əksinə, Rusiya Prezidenti Vladimir Putinin daha məşhur bir lider halına gəlməsinə şərait yaratdığı qeyd olunub.

Jurnalda, Rusiyanın son bir ildir çətin bir dövrdən keçdiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, Rusiya Ukraynaya müdaxilə etdiyi iddiası ilə Qərb tərəfindən siyasi baxımdan neytrallaşdırılmaq məqsədi ilə iqtisadi sanksiyalara məruz qoyulub və ölkədə rubl böhranı baş verib.

 

Putin sanksiyalara görə Qərbə təşəkkür etməlidir

 

Rusiya prezidenti Vladimir Putinin isə bütün bu mənfi proseslərdən qalib çıxdığını ifadə edən “Boulevard Volter” jurnalı, “Putin, ölkəsini gücləndirmə imkanı təqdim etdiyinə, Rusiyaya yeni iqtisadi əlaqələr yaratdığına və vətəndaşlarını yeni bir milli görüş ətrafında birləşdirdiyinə Qərbə minnətdar olmalıdır. Vladimir Putin, Qərbin Rusiyaya qarşı təzyiq cəhdləri sayəsində ölkəsinin birmənalı lideri halına gəldi" – cümlələrinə yer ayırıb.

 

 

İqtisadi sanksiyalar Rusiyanın müstəqillik yoluna qədəm qoymasına səbəb olub

 

Analizdə eyni zamanda qeyd olunub ki, Qərbin sanksiyaları Rus iqtisadiyyatına ziyan vurub. Amma digər tərəfdən Rusiyanın iqtisadiyyat siyasətini yenidən gözdən keçirib yeni biznes şərikləri axtarışına çıxmasına və yerli sənayeni inkişaf etdirərək iqtisadi müstəqillik yoluna qədəm qoymasına səbəb olub. Bu yol belə görünür ki, uzunmüddətli,  amma qətiyyətli yol olacaq.

Qərbin Rusiyanı neytrallaşdırmnaq səylərinin Moskvanı şərqdəki tərəfdaşları Çin və Hindistan ilə əlaqələrini inkişaf etdirməyə yönəltdiyini qeyd edən fransız analitiklər bildiriblər ki, Qərb isə Rusiyanı potensial bir ortaqdan düşmənə çevirərək çox böyük bir iqtisadi imkanlarə əllərindən qaçırıblar.

Şərhlər

Çox oxunanlar