Nazirin Saakaşvilini vurduğu video yayıldı - VİDEO
16.12.2015 17:39 Dünyadan reaksiya 1769
Ukrayna Daxili işlər naziri Arsen Avakovla Odessanın qubernatoru Mixail Saakaşvili arasında baş verən münaqişənin videosu yayılıb.
Reaksiya.az AzVision.az-a istinadən xəbər verir ki, Saakaşvili və Avakov arasında qarşıdurma prezident Pyotr Poroşenkonun da iştirakı ilə keçirilən toplantıda baş verib. Hadisə barədə “Facebook” səhifəsində məlumat verən Arsen Avakov bildirib ki, Mixail Saakaşviliyə Rusiyanın “Uralxim” şirkəti ilə əlaqələri barədə sual verib.
“Odessa qubernatoru mənə qışqırmağa başladı: “Heç kim Mixail Saakaşvili ilə belə danışmaq hüquqlarına malik deyil... sən korlanmış nazirsən, amma mən dürüst insanam”. O, birbaşa təhqirlərə keçdi. Mən onun üstünə su ilə dolu stəkan atdım”, - Avakov yazıb.
Daxili işlər naziri Saakaşvilini “qanacaqsız” və “boşboğaz” adlandırıb.
“Pyotr Poroşenko Bloku”ndan olan deputat Sergey Leşenko da hadisənin şahidi olub: “Avakov Saakaşvilini oğru olmaqda ittiham etdi. Saakaşvili cavab verdi ki, onda dürüst addan başqa heç nə yoxdur. Avakov Saakaşvilidən ölkəni tərk etməyi tələb edib. Daha sonra isə əsəblərini cilovlaya bilməyən Avakov Saakaşviliyə su ilə dolu stəkan atdı”.
O əlavə edib ki, baş nazir Yasenyuk da Saakaşvilidən ölkədən getməyi tələb edib. Bu tələblərə cavab olaraq Saakaşvili, baş nazir kimi Ukraynanın vətəndaşı olduğunu, ancaq Yasenyukdan fərqli olaraq ölkəni talamadığını bildirib.
“Hər şey prezident Poroşenkonun iştirakı ilə baş verdi. O, tərəfləri sakitləşdirməyə çalışdı və buna nail ola bilmədiyinə görə iclası bağladı”, - Leşenko vurğulayıb.
Şərhlər