Putin Ukrayna ilə bağlı fərman imzaladı
17.12.2015 03:50 Dünyadan reaksiya 1693
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında razılaşmanın 2016-cı ilin yanvarından 1-dən dayandırılması barədə fərman imzalayıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qərarın qəbul edilməsinə “müstəsna şərait, maraqlar və dövlətin iqtisadi təhlükəsizliyi” kimi faktorlar təsir edib.
Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevi müqavilənin ləğv edilməsi ilə bağlı məlumatlandıracaq.
Xatırladaq ki, bu ilin oktyabrında Ukrayna baş naziri Arseniy Yatsenyuk Ukrayna və Avropa İttifaqı arasında azad ticarət zonası haqqında müqavilənin gələn ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcəyini açıqlayıb.
Şərhlər