İŞİD türk hərbçilərinin düşərgəsinə raket zərbələri endirib
17.12.2015 04:19 Dünyadan reaksiya 1645
İŞİD silahlıları türk hərbçilərinin İraqın Mosul şəhəri yaxınlığındakı düşərgəsinə raket zərbələri endirib.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Al Arabia” telekanalı xəbər verib.
Məlumata əsasən, hücum nəticəsində ölən və yaralananlar var.
“Milliyet”-in xəbərinə görə, raket zərbələri nəticəsində 4 türk hərbçisi yaralanıb. Əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Türk hərbçiləri qarşı tərəfə artilleriya atəşi ilə cavab verib.
Şərhlər