Baş nazir hücuma məruz qaldı

17.12.2015 04:55     Dünyadan reaksiya     1523

İspaniyanın baş naziri Mariano Rahoy naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, insident Pontevedra (Qalisiya muxtar vilayəti) şəhərinin mərkəzində baş verib.

M.Rahoy ilə şəkil çəkdirmək istədiyini bildirən naməlum şəxs yaxınlaşdıqda yumruqla onun üzünə vurub.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. 

Şərhlər

Çox oxunanlar