Bu ölkədə təmiz hava pulla satılır
17.12.2015 09:41 Dünyadan reaksiya 1913
Çində restoran sahiblərindən biri müştərilərinə pul qarşılığında təmiz hava satmağa başlayıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, ölkənin Cianqsu əyalətində yerləşən restoran sahibi aldığı hava təmizləmə cihazını müştərilərinə 1 yuana satıb. Lakin restoran barəsində araşdırmalara başlanılıb.
Digər tərəfdən, başqa bir sahibkar Kanadadan gətirdiyi “təmiz hava” doldurduğu şüşələri 400 yuana satmağa başlayıb.
Qeyd edək ki, ötən həftə Pekində havanın həddən artıq çirklənməsi səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilmişdi.
Şərhlər