Putinin Türk mətbuatına müsahibə verməsinə ehtiyac yoxdur - Son dəqiqə
17.12.2015 13:36 Dünyadan reaksiya 1796
Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putinin illik mətbuat konfransından əvvəl açıqlama verib.
Reaksiya.az Eurasia Diary-ə istinadən xəbər verir ki, Rossiya-24 TV kanalında çıxış edən Peskov Türkiyə ilə Rusiya arasında yaşanan gərginlikdən sonra, çoxlu sayda türk jurnalistinin Rusiya prezidentindən müsahibə almaq istədiyini bildirib.
"Türk mətbuat orqanlarının əksəriyyəti Putindən mövzuyla bağlı fikirlərini öyrənmək istəyir. Prezidentimiz mövzuya bağlı ciddi şərhlər verib.Türk mətbuatına xüsusi olaraq müsahibə verməsinə ehtiyac yoxdur", - deyə Kremlin sözçüsü əlavə edib.
Şərhlər