“Bu yağlı tikənin adı İslamdır” - Putin Türkiyəni tənqid etdi
17.12.2015 13:59 Dünyadan reaksiya 1798
Rusiya Prezidenti Vladimir Putin hər il ənənəvi olaraq keçirilən ilin yekunlarına dair canlı yayımda jurnalistlərin suallarını cavablandırıb.
Reaksiya.az xəbər verir ki, prezident Türkiyəni İslam faktorundan öz mənafeləri üçün istifadə etməkdə günahlandırıb.
"Mənə elə gəlir, İŞİD artıq öz yolundan çoxdan çıxıb. Gəldilər, İraqı işğal etdilər, yaxşıdır, ya da pisdir, bunu mən deyə bilmərəm, daha sonra ortaya neft ticarəti məsələsi çıxdı. Və bu vəziyyət illərdir davam edir. Biznes, qaçaqmalçılıq kimi məqamlar da var. Bu qeyri-qanuni ticarətin günahkarı kimdir? Təbii ki, regionda olan hərbi güclərdir. İslam faktorundan istifadə edən qüvvələrdir. Bir yağlı tikə atdılar ortaya, bunun adı İslam faktorudur. Bu İslam faktoru isə iqtisadi meyarlara birəbir bağlıdır. Bu mənim fikrimdir, bundan sonra həmin qeyri-qanuni ticarəti leqallaşdırmaq lazımdır. Biz görürük ki, hər gün nə qədər neft dolu maşınlar gecə vaxtı sərhədi keçir. Bunlar hara gedir? İraqa gedir və geri qayıdır. Bu ərazidə fəaliyyət göstərən 11000-ə yaxın yük maşınını müəyyən etmişik. Bəlkə də bu yük maşınlarının onlara aidiyyatı yoxdur, amma Türkiyə dövləti daim ölkəni islamlaşdırmağa və bəzi məqamlarda bu məsələlərdən istifadə etməyə çalışır. Bölgədə öz maraqlarını təmin etmək üçün Qərbin gözündə özünə yeni görüntü yaratmağa çalışır. Yəni, mən müasir İslam dövlətiyəm, mənə güvənə bilərsiniz mesajını vermək istəyir. Amma bu cəhdlərin heç bir əhəmiyyəti olmayacaq" - deyə Putin bildirib.
Şərhlər