ABŞ və Çin arasında kiberhücumlarla bağlı görüş
25.06.2015 17:35 Dünyadan reaksiya 1804
Bir-birlərinə etdikləri kiber hücumlarla gündəmə gələn Çin və ABŞ bu məsələdə etik qaydalarla hərəkət etmək qərarı alıblar
ABŞ-ın paytaxtı Vaşinqtonda iki gün davam edən illik ABŞ-Çin Strateji və İqtisadi Dialoq Zirvə Toplnatısı başa çatıb.
Çin Dövlət Müşaviri Yang Jiechi toplantının yekun çıxışında iki ölkəni uzun müddətdir üzbəüz qoyan kiber təhlükəsizlik məsələsinə toxunub.
Pekinin Washington ilə əməkdaşlığa hazır olduğunu ifadə edən Yang ABŞ-a iki ölkə arasındakı siber əlaqələrin inkişaf etdirilməsi üçün Çin ilə əlaqələr qurmaq çağırışı edib.
ABŞ xarici işlər naziri Kerry də toplantıdan sonra keçirilən mətbuat konfransında Yanqın sözlərinə dair verilən suala cavab olaraq bildirib ki, kiberhücumların təhlükəsizliklə bağlı narahatlığı artırır və Amerika şirkətlərinə ziyan vurur.
Kerry ABŞ ilə Çinin kiber sahəsindəki etik qaydalar nöqtəsində razılığa gəldiklərini vurğulayıb.
Şərhlər