"Mən onlarla fəxr edirəm!" - Putin qızlarından danışdı - YENİLƏNİB
17.12.2015 16:26 Dünyadan reaksiya 2268
O qızları ilə fəxr etdiyini bildirib. "Onlar təhsilini davam etdirirlər və işləyirlər. Qızlarım karyeralarında ilk addımlarını atırlar, onlar 3 dildə sərbəst danışırlar. Mən heç vaxt ailəmlə bağlı sualları müzakirə etmirəm." Putin ailə üzvlərinin biznes və siyasətlə məşğul olmadıqlarını bildirib.
"Mən onların dəqiq harada işlədikləri haqda heç nə deməmişəm və indi də deməyəcəm. Bu, təhlükəsizlik baxımından vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, hər bir insanın şəxsi həyat hüququ var." Putin həmçinin əlavə edib ki, onlar heç vax "ulduz uşaqlar" olmayıblar.
Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında ukraynalı jurnalistin sualına cavabında deyib. Əsirlərin dəyişdirilməsi barədə suala cavab verən V. Putin bildirib ki, bu proses Kiyev və Donbas arasında “hamını hamıya” prinsipi əsasında həyata keçirilməlidir. Ukraynada həbs olunan rusiyalıların və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsi məsələsinə gəldikdə, o bildirib ki, bu, bərabər səviyyəli olmalıdır.
O, gələn il Ukrayna ilə iqtisadi əlaqələrin pisləşəcəyini də söyləyib. Putinin sözlərinə görə, Rusiya Ukraynaya qarşı hər hansı sanksiya tətbiq etməyəcək, sadəcə Ukrayna 2016-cı il yanvarın 1-dən etibarən əvvəlki üstünlük və güzəştlərdən məhrum olacaq.
O bildirib ki, Rusiyanın Su-24 təyyarəsini vurmaqla Türkiyə rəhbərliyində təmsil olunanlar ABŞ-a yaltaqlanmaq məqsədi güdüb.
“Bu işdə üçüncü tərəfin olub-olmadığını bilmirik. Lakin Türkiyə rəhbərliyindən kimsə amerikalılara yaltaqlanmaq qərarına gəlibsə, bunun doğru addım olub-olmadığını bilmirəm. Ümumiyyətlə, bunun amerikalılara lazım olub-olmadığını da bilmirəm”, - deyə Putin vurğulayıb.
Şərhlər