Prezident avtomobili səhv park etdi - Cərimələndi - FOTO

17.12.2015 17:34     Dünyadan reaksiya     1845

Polis qadağan olunmuş yerdə park etdiyi üçün Polşa prezidentinin avtomobilinin təkərinə blok qoyub. 

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə - qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər.

Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar. Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb.

Şərhlər

Çox oxunanlar