ABŞ F-15 qırıcılarını Türkiyədən çıxarıb

18.12.2015 00:44     Dünyadan reaksiya     1521

ABŞ Türkiyədəki İncirlik aviabazasından 12 ədəd F-15 qırıcısını çıxarıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, təyyarələr öz daimi bazalarına (Leykenhit, Böyük Britaniya) göndərilib.

Pentaqon bu addımın Moskva-Ankara münasibətlərinin gərginləşməsi ilə əlaqəli olmadığını qeyd edib. ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, F-15 qırıcılarının İncirlik aviabazasında yerləşməsi müddətsiz xarakter daşımayıb.

Bununla yanaşı Pentaqondan təsdiqləyiblər ki, təyyarələr Britaniyaya dekabrın 15-də ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birgə Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutmuş telefon danışığından sonra istiqamət alıb.

 

Şərhlər

Çox oxunanlar