“Böyük Britaniyanı Avropa İttifaqında görmək istərdik”

18.12.2015 01:55     Dünyadan reaksiya     1585

“Almaniya Böyük Britaniyanı Avropa İttifaqının tərkibində görmək istərdi”.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa İttifaqının sammitində iştirak etmək üçün Brüsselə səfər edən Almaniya kansleri Angela Merkel çıxış edib.

Bununla belə, o qeyd edib ki, ölkəsi qurumun əsas prinsiplərinin dəyişdirilməsinin əleyhinədir.

“Britaniyanın Avropa İttifaqı tərkibində mövcudluğunu qoruyub-saxlamaq istəsək də, Avropa İttifaqının diskriminasiyanın olmaması və sərbəst gediş-gəliş kimi əsas prinsiplərini məhdudlaşdırmaq niyyətində deyilik”, - deyə o vurğulayıb.

Merkel əlavə edib ki, məsələ ilə bağlı Avropa İttifaqının sammitində açıq müzakirələr olacaq.

 
 

 

Şərhlər

Çox oxunanlar