Çində şaxtada yanğın olub - 13 ölü, 10 yaralı

18.12.2015 04:15     Dünyadan reaksiya     1488

Çinin Lyaonin əyalətində dağ-mədən şirkətlərindən birinə məxsus şaxtada baş vermiş yanğın nəticəsində 13 nəfər ölüb, 10 nəfər isə yaralanıb.  

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın axşam saatlarında  şaxtada aparılan qaynaq işləri zamanı baş verib.

Hadisə zamanı şaxtada 23 fəhlə olub. Hadisə yerində əməliyyat qərargahı yaradılıb.  Hazırda yanğın söndürülüb, yaralılar xəstəxanaya yerləşdirilib.  

Şərhlər

Çox oxunanlar