Liviyada münaqişə tərəfləri sülh sazişi imzalayıblar
18.12.2015 04:46 Dünyadan reaksiya 1505
Mərakeşdə münaqişə tərəfləri arasında müharibənin dinc yolla nizamlanması və milli birlik hökumətinin yaradılması haqqında sülh sazişi imzalanıb.
Reaksiya.az-ın “Əl Cəzirə”yə istinadən verdiyi xəbərə görə, saziş Ümummilli Konqres və Liviya parlamentinin nümayəndələri tərəfindən imzalanıb.
Bundan əvvəl Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Liviyada milli birlik hökumətinin yaradılmasını dəstəkləyən qətnamə qəbul etməyi təklif edib.
Şərhlər