ABŞ yanvarda İrana qarşı sanksiyaların bir qismini ləğv edə bilər
18.12.2015 05:22 Dünyadan reaksiya 1527
ABŞ 2016-cı ilin yanvarında İranın üzərindən sanksiyaların bir qismini götürə bilər. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinə məktubunda dövlət katibi Con Kerri qeyd edib.
Kerri rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri icra etdiyini qeyd edərək, İranın artıq nüvə silahının istehsalı ilə məşğul olmadığını vurğulayıb.
Ötən gün Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, ABŞ İranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab edəcəyi təqdirdə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Şərhlər