Terrorçuluğun maliyyələşdirilməsinə qarşı qətnamə qəbul edildi
18.12.2015 09:05 Dünyadan reaksiya 1775
BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qətnamə qəbul edib.
Reaksiya.az xəbər verir ki, qətnamə əsasən, bütün ölkələr İŞİD, “Əl Qaidə” terror qruplaşmalarının, onlarla əlaqəli olan şəxslərin, qrupların, müəssisələrin və təşkilatların maliyyələşdirilməsinin və hər-hansı digər dəstək göstərilməsinin qarşısını almalıdırlar.
İcrası mütləq olan sənəd qeyd olunan şəxslərin vəsaitlərinin və maliyyə aktivlərinin dərhal dondurulmasını, onlara birbaşa və ya dolayısilə silah tədarükünə yol verilməməsini, şəxslərə və təşkilatlara ünvanlanan vəsaitlərin, digər maliyyə aktivlərin və iqtisadi resursların axınının qarşısını almaq üçün ciddi və qətiyyətli tədbirlərin görülməsini tələb edir.
Qeyd olunur ki, İŞİD-ə dəstək verən şəxslər və təşkilatlar sanksiya siyahısına daxil ediləcəklər.
Şərhlər