Putin: “Rusiyanın heç bir təcavüzkar planı yoxdur, ola da bilməz”
25.06.2015 18:00 Dünyadan reaksiya 1738
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin ali hərbi tədris müəssisələri məzunlarının şərəfinə təşkil edilmiş qəbul zamanı deyib.
“Rusiya dünya üçün açıq ölkədir. Moskva əməkdaşlıq və tərəfdaşlığa hazır olan bütün ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarıdır. Beynəlxalq hüquqa və digər dövlətlərin maraqlarına hörmətlə yanaşırıq”, - deyə V. Putin vurğulayıb.
Rusiya prezidenti bildirib ki, Rusiya hökuməti hərbi gücünü artırmaqda davam edəcək: “Rusiya öz sərhədləri yaxınlığında risklər görür. Güclü ordu isə mövcud risklər şəraitində Rusiyanın suverenliyi və təhlükəsizliyinin təminatçısıdır”.
Şərhlər