Nazir Saakaşvilini məhkəməyə verdi
18.12.2015 10:59 Dünyadan reaksiya 1800
Ukraynanın daxili işlər naziri Arsen Avakov ünvanına ittihamlar səsləndirdiyi üçün Odessa vilayətinin qubernatoru Mixael Saakaşvilini məhkəməyə verib.
Reaksiya.az xəbər verir ki, bu barədə o, “1+1” telekanalının canlı efirində bildirib.
“Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. Bir insanın oğru olduğunu deyərkən bunun arxasında durmaq lazımdır. Bildiyim qədər, cənab Yatsenyuk da bunu etməyə hazırlaşır”, - deyə Avakov qeyd edib.
Qeyd edək ki, Milli İslahat Şurasının iclasında ikili arasında insident baş verib. M. Saakaşvili A. Avakovu korrupsiyaya bulaşmaqda ittiham edib. Avakov isə onu qastrolçu adlandıraraq Ukraynanı tərk etməyə çağırıb.
Şərhlər