Rusiya “qara qutu”nu açır - Canlı yayım - VİDEO

18.12.2015 12:01     Dünyadan reaksiya     2170

“Rusiya Müdafiə Nazirliyi Su-24-ün Türkiyə hava sərhədini pozmamasına dair bütün mühüm sübut bazasına sahibdir”.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama ilə bu ölkənin Hərbi Kosmik Qüvvələrinin baş komandan köməkçisi Sergey Dronov çıxış edib.

Onun sözlərinə görə, Rusiya tərəfindən türklərin F-16 qırıcısının rusların Su-24-ünü vurduğu ərazinin hava vəziyyəti ilə bağlı təqdim edilən faktlar heç bir ölkə, o cümlədən Türkiyə tərəfindən təkzib edilməyib.

Qeyd edək ki, hazırda Rusiya Su-24-ün “qara qutu”sunu jurnalistlərin iştirakı ilə açacaq. “Qara qutu”nun deşifrə edilməsində Böyük Britaniya və Çindən gələn ekspertlər də olacaq, baxmayaraq ki, Rusiya 14 ölkəyə belə bir təşəbbüs üçün müraciət etmişdi. 

Şərhlər