Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana səfər etdi
18.12.2015 14:21 Dünyadan reaksiya 1899
Pentaqon rəhbəri Eşton Karter gözlənilmədən Əfqanıstana səfər edib. O, Əfqanıstanda amerikalı və yerli hərbçilərlə görüşlər keçirəcək.
Reaksiya.az xəbər verir ki, Pentaqon rəhbərinin səfəri Əfqanıstan hökumətinin təhlükəsizlik sahəsində ciddi geriləmələrlə bağlıdır. Belə ki, bu il Taliban qruplaşmasının hücumlarından ölən şəxslərin sayı ötən illə müqayisədə artıb.
Konqresə təqdim edilən məruzəyə əsasən ilin əvvəlindən başlayaraq noyabrın ortalarına qədər Kabilə hücumların sayı 27% artıb. Əfqanıstan hökumət qüvvələri arasında da qurbanların sayı artmaqdadır.
Qeyd edək ki, ABŞ Əfqanıstandakı hərbi mövcudluğunu 2016-cı ilə qədər uzatmaq barədə qərar qəbul edib. ABŞ hərbçilərinin Əfqanıstanda qalmaları əfqan hərbçilərə təlim keçmək, eləcə də anti-terror əməliyyatlarında iştirak etməklə bağlıdır.
Şərhlər