Hakerlər BMT əməkdaşlarının şəxsi məlumatlarını oğurlayıb

19.12.2015 00:46     Dünyadan reaksiya     1729

Hakerlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı ofisinin (UNOV) 3500 əməkdaşının şəxsi məlumatlarını oğurlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə SecurityLab.ru portalı Azərbaycandan olan anonim mənbəyə istinadən xəbər yayıb. Portalın redaksiyasına bunu isbat edən fotolar daxil olub.

Hadisə təxminən bir ay əvvəl baş verib.

Mənbənin sözlərinə görə, hakerlər Vyanadakı serverlərdən birini sındıraraq məlumatı əldə ediblər. “İBM Integrated WebServices” adlanan serverin zəif olması səbəbindən hakerlər “Domino Notes” kataloquna daxil olaraq təşkilatın əməkdaşlarının şəxsi məlumatları, rəsmi sənədləri və digər məlumatları oğurlayıb.

Şərhlər

Çox oxunanlar